Nazir: “Azərbaycanda 816 iranlı tələbə təhsil alır”

  15 Mart 2019    Oxunub : 1607
 Nazir: “Azərbaycanda 816 iranlı tələbə təhsil alır”
Azərbaycanda təhsil alan iranlı tələbələrin sayı 2018/2019-cu tədris ili üzrə 816 nəfər olub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycaın iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Nazir bildirib ki, 2017/2018-ci tədris ilində 5 tam orta məktəbin və 1 orta internat tipli gimnaziyanın 361 şagirdinə fars dili tədris olunub.

Ş.Mustayafev, həmçinin bildirib ki, Azərbaycanla İran arasında ekologiya və meliorasiya sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük potensial mövcuddur.

“Araz sərhəd çayının su və energetika ehtiyatlarından birgə istifadə edilməsi” üzrə birgə komissiya fəaliyyət göstərir. Ermənistandakı sənaye müəssisələri tərəfindən Araz çayının çirkləndirilməsinin qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsi vacib məsələlərdəndir.

Aytən Zəhra
Azvision.az

Teqlər: İran   Tələbə