ABŞ maliyyə nazirinin dövlət borcundan xəbəri yoxdur

  15 Mart 2019    Oxunub : 946
ABŞ maliyyə nazirinin dövlət borcundan xəbəri yoxdur
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ötən gün Senatın maliyyə komitəsindəki dinləmələr zamanı Amerikanın dövlət borcunun nə qədər olduğunu deyə bilməyib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, senatorlar nazirdən indiki məqamda ABŞ dövlət borcunun 25 trilyon dolları keçib-keçmədiyini soruşublar. Lakin Mnuçin vurğulayıb ki, səslənən rəqəm dəqiq deyil. Onda senatorlar maliyyə nazirindən dəqiq rəqəm deməsini istəyiblər. O isə bu sualı daha sonra cavablandıracağını deyib.

Nəticədə, senatorlar, xüsusən də demokratlar maliyyə nazirinin ABŞ dövlət borcunun nə qədər təşkil etdiyini bilməməsinə qəzəbləniblər və onlar arasında kiçik mübahisə yaranıb.

Qeyd edək ki, Mnuçin 5 martda Konqressdəki Demokratlar və Respublikaçılar partiyalarının liderlərinə müraciət edərək, ABŞ dövlət borcunun həddini artırmağı xahiş edib. 13 fevrala olan statistikaya əsasən, ABŞ-ın dövlət borcu 22 trilyon dollar təşkil edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Konqress   ABŞ