Azərbaycanda 1023 İran şirkəti fəaliyyət göstərir

 Azərbaycanda 1023 İran şirkəti fəaliyyət göstərir
  15 Mart 2019    Oxunub:2428
Azərbaycanda 1023 İran şirkəti qeydiyyatdan keçib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, İran investorları tərəfindən Azərbaycana 3,4 mlrd dollardan artıq sərmayə qoyulub. Belə ki, ötən il ticarət dövriyyəsi 74% artıb.

Ş.Mustafayev, həmçinin əlavə edib ki, hazırda Astara sərhəd-keçid buraxılış məntəqələri ərazisində Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş müzakirə mərhələsindədir.

Onun sözlərinə görə, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə imkanlar yaradacaq.

Aytən Zəhra
Azvision.az




Teqlər: İran   Şahin-Mustafayev  





Xəbər lenti