Ermənistan polisi vətəndaşların telefonlarını dinləyəcək

Ermənistan polisi vətəndaşların telefonlarını dinləyəcək
  15 Mart 2019    Oxunub:1969
Ermənistan Polisinə vətəndaşların gündəlik telefon söhbətlərini dinləmək hüququ veriləcək. Azvision.az “Jamanak” qəzetinə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” fraksiyasının deputatı, Yol Polisinin keçmiş əməkdaşı Armen Xaçatryan “Operativ-axtarış fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, yalnız müstəsna olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidməti telefon söhbətlərinin dinlənilməsi hüququna malikdir. Lakin deputat tələb edib ki, eyni səlahiyyət Ermənistan Polisinə də verilsin.

“Niyə məhz təkcə telefonların dinlənilməsi hüququ? Polisə həm də vergi yığılması, tibbi xidmətin göstərilməsi və bir sıra digər səlahiyyətləri də vermək olardı” – qəzet yazır.

Qeyd olunur ki, Ermənistan Polisinin ilk dəfə vətəndaşların telefonunu dinləməsi ənənəsini ötən ilin dekabrındakı parlament seçkiləri zamanı Nikol Paşinyan gətirdi. İndi də açıq şəkildə bunu qanuniləşdirmək istəyirlər. Lakin belə bir addım xalqın Paşinyana olan etimadının daha da azalmasına gətirib çıxaracaq. Çünki belə bir addım insan hüquqlarının pozulmasi ilə yanaşı, həm də hakimiyyətin xalqdan qorxması anlamına gəlir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Polis  





Xəbər lenti