“Azeri Light”ın qiyməti bahalaşıb

  15 Mart 2019    Oxunub : 504
“Azeri Light”ın qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,18 dollar bahalaşaraq 67,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,18 dollar artaraq 58,79 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar bahalaşaraq 68,82 dollar olub.

Azvision.az

Teqlər: Neft