Şimali Koreya ABŞ-la danışıqları dayandırır

  15 Mart 2019    Oxunub : 889
 Şimali Koreya ABŞ-la danışıqları dayandırır
Şimali Koreya rəhbərliyi nüvəsizləşdirməyə dair ABŞ-la gələcək danışıqları dayandırmağı nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bu barədə Şimali Koreya xarici işlər nazirinin müavini Çoy Son Hi Pxenyada xarici səfirliklərin nümayəndələri və əcnəbi jurnalistlərin də dəvət olunduğu mətbuat konfransında bəyan edib.

“Bizim hansısa formada ABŞ-ın tələblərinə (Hanoy sammitində irəli sürülən) güzəştə getmək niyyətimiz, xüsusən də, bu cür danışıqlar aparmaq istəyimiz yoxdur” - Son Hi vurğulayıb.

Onun sözlərinə görə, Şimali Koreya lideri Kim Çen In Hanoydakı uğursuz sammitdən sonra gələcək addımlar barədə öz qərarını bildirmək üçün yaxın vaxtlarda rəsmi müraciətlə çıxış edəcək.

Qeyd edək ki, bu, Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında 27-28 fevralda Vyetnamın paytaxtı Hanoyda keçirilən ikinci sammitin yekunları ilə bağlı Pxenyanın səsləndirdiyi ilk rəsmi bəyanatdır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: ŞimaliKoreya   ABŞ