Bu gün bəzi yerlərdə işıq olmayacaq

Bu gün bəzi yerlərdə işıq olmayacaq
  15 Mart 2019    Oxunub:1584
Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən Azvision.az -a verilən məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır. Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Azvision.az


Teqlər: Azərişıq  





Xəbər lenti