Bu günə gözlənilən hava proqnozu

Bu günə gözlənilən hava proqnozu
  15 Mart 2019    Oxunub:1564
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Axşam ayrı-ayrı yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti