Rusiya “Boeing” təyyarələrindən imtina etdi

 Rusiya “Boeing” təyyarələrindən imtina etdi
  14 Mart 2019    Oxunub:2386
Rusiyada “Boeing 737 MAX 8” və “MAX 9” tipli sərnişin təyyarələrinin uçuşları dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Aleksandr Neradko bildirib. Onun sözlərinə görə, qadağa “Rosaviasiya”nın müvafiq qərarı qəbul edilənə qədər qüvvədə olacaq.

Xatırladaq ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar.

Azvision.az



Teqlər: Rusiya   Boeing  





Xəbər lenti