Tərtərdə evdə partlayış olub, bir nəfər xəsarət alıb

  14 Mart 2019    Oxunub : 1006
Tərtərdə evdə partlayış olub, bir nəfər xəsarət alıb
Tərtər rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb. Yanğın hadisəsi baş verməyib.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Azvision.az

Teqlər: FHN   Tərtər   Partlayış   Ev