Ata və oğlunu maşın vurdu: biri öldü

  14 Mart 2019    Oxunub : 1092
Ata və oğlunu maşın vurdu: biri öldü
Martın 13-də saat 12 radələrində Gəncə şəhərinin ərazisində Samux rayon sakini K.Abdullazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Səftər Qəribovu və onun oğlu Anarı vurub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə ata aldığı xəsarətlərdən hadisə yerində ölüb, oğlu isə xəstəxanaya yerləşdirilib. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza