Azərbaycan İranla birgə avtobus istehsal edəcək

  14 Mart 2019    Oxunub : 1811
 Azərbaycan İranla birgə avtobus istehsal edəcək
Hacıqabul Sənaye Məhəlləsində İranla birgə "Scania" avtobusların istehsalına dair sənəd imzalanacaq.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Nazir bildirib ki, yaxın vaxtlarda zavodun tikintisinə başlanılacaq.

"Pirallahı Sənaye Parkında isə İranla birgə dərman istehsalı zavodunun tikintisinə start veriləcək. Bu layihəni də uğurla başa çatdıracağıq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazir   İran   Avtobus   Şahin-Mustafayev