Cəlilabadda narkotik alverçisi saxlanılıb

Cəlilabadda narkotik alverçisi saxlanılıb
  14 Mart 2019    Oxunub:1941
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlqar Nəzərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə təmiz çəkisi 104,641 qram narkotik vasitə tiryək və 3 ədəd bükümdə heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti