Rövnəq Abdullayev: SOCAR-ın gəliri 20 dəfə artıb

     Rövnəq Abdullayev:    SOCAR-ın gəliri 20 dəfə artıb
  14 Mart 2019    Oxunub:3788
2008-2017-ci illəri əhatə edən dövrdə SOCAR-ın gəliri 20 dəfə artıb.

Azvision.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransında bildirib.
R.Abdullayev qeyd edib ki, hazırda SOCAR-ın gəlirinin 90 faizi xarici bazarlarda formalaşır: "Şirkət əvvəllər əsasən öz məhsullarının satışını həyata keçirirdi. Hazırda isə SOCAR-ın ticarət portfelində üçüncü tərəflərin məhsulları çoxluq təşkil edir".

Azvision.az



Teqlər: SOCAR   Rövnəq-Abdullayev  





Xəbər lenti