Beyləqanda 4 otaqlı ev yanıb - Xəsarət alan var

  14 Mart 2019    Oxunub : 593
Beyləqanda 4 otaqlı ev yanıb - Xəsarət alan var
Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın