Bakıda yanğın, 2 nəfər xilas edilib

Bakıda yanğın, 2 nəfər xilas edilib
  13 Mart 2019    Oxunub:2065
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti