Ermənistanda bloqqerlərdən vergi tutulacaq – Etiraz

   Ermənistanda bloqqerlərdən vergi tutulacaq –    Etiraz
  13 Mart 2019    Oxunub:2127
Ermənistanda “YouTube” vasitəsilə video-bloqqerlik edənlərdən vergi tutulacaq. Azvision.az xəbər verir ki, bunu Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, videohostinq xidməti göstərən dünyaca məşhur “YouTube” saytında erməni kimliyinin təbliği məsələsi üzrə bu sahədəki benefisiarların da iştirakı ilə xüsusi işçi qrup yaradılacaq. Videobloqqerlər isə düzgün və savadlı, lazımı şəkildə video-roliklər çəkib paylaşmalıdırlar. Bu mənada, ““YouTube” kanalında işləyən erməni videobloqqqerlər vergi ödənişinə cəlb olunacaqmı?” sualına cavabında nazir bildirib ki:

“Düşünürəm ki, bəli. Bu məsələ istənilən sahibkarlıq subyektinə şamil olunur. Bildiyiniz kimi, Vergilər Məcəlləsinə dəyişiklik edilir və mikrobizneslə məşğul olanlara güzəşt ediləcək. Lakin bu işdən çoxlu pul qazananlardan, sözsüz ki, vergi tutulacaq” – Arşakyan vurğulayıb.

Nazirin bəyanatı erməni videobloqqerlər arasında narazılığa səbəb olub. Onların sözlərinə görə, əgər hökumət erməni kimliyinin təbliğatını tələb edir və üstəlik buna görə onlardan vergi tutacaqsa, bu işlə məşğul olmayacaqlar. Sosial şəbəkələrdə etiraz başladan erməni videobloqqerlər bildrib ki, erməniliyin təbliği onların yox, hakimiyyətin vəzifəsidir.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti