Zurabişvili: “Regiondakı münaqişələr inkişafı ləngidir”
“Bizim yaşadığımız regionda sülh və sabitliyin olması həlledici əhəmiyyətə malikdir. Çünki bu, regionun tərəqqisi və bizim ölkələrimizin iqtisadi inkişafının əsas şərtləridir. Bu mənada, regiondakı münaqişələr beynəlxalq hüquq normalarına əsaslanmaqla sülh yolu ilə həll edilməlidir. Konfliktlər bizim inkişafımızı ləngidir. Onları dialoq və danışıqlar vasitəsilə nizamlamalıyıq” – Gürcüstan prezidenti vurğulayıb.
Zurabişvili onu da əlavə edib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin Gürcüstan ərazisinə keçməməsi və “həm ermənilər, həm də azərbaycanlıların Gürcüstanda sülh içində yaşamaları olduqca vacibdir”.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan Gürcüstan Azərbaycan DağlıqQarabağ