Ucarda 4 otaqlı ev yanıb

  12 Mart 2019    Oxunub : 1035
Ucarda 4 otaqlı ev yanıb
Ucar rayonunun Bərgüşad kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Ev