Lənkəranda çayda batan kişinin meyiti çıxarılıb

Lənkəranda çayda batan kişinin meyiti çıxarılıb
  13 Mart 2019    Oxunub:2236
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin, Viravul kəndində 1974-cü il təvəllüdlü Hacıyev Şamo Hacıbaba oğlunun meyitinin Viravul çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri Ş.Hacıyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN   Çay  





Xəbər lenti