Türkiyə “Boeing 737” ilə uçuşları dayandırdı

 Türkiyə “Boeing 737” ilə uçuşları dayandırdı
  13 Mart 2019    Oxunub:3062
“Türk Hava Yolları” şirkəti “Boeing 737 Max 8” sərnişin təyyarələri ilə uçuşları dayandırıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Türkiyə Mülki Aviasiya Təşkilatı qərar qəbul edib. Qərara əsasən, şirkətin balansında olan 3 “Boeing 737 Max 8” sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb.

Qeyd edək ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar.

Azvision.az



Teqlər: Türkiyə   Təyyarə  





Xəbər lenti