Bakıda oğurluq edən dəstə ələ keçdi

Bakıda oğurluq edən dəstə ələ keçdi
  12 Mart 2019    Oxunub:1674
Paytaxtın Nizami rayonu ərazisində mağazadan oğurluq etmiş dəstə üzvləri saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 75 manat pul və 2300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini Y.Həmzəyev, əvvəllər məhkum olunmuşlar - Qəbələ rayon sakini H.Yusibov, Xaçmaz rayon sakinləri F.Nurməmmədov və T.Muxtarov saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti