Rus hərbçini bıçaqlayan erməni tutuldu

   Rus hərbçini bıçaqlayan erməni tutuldu
  12 Mart 2019    Oxunub:1732
Rusiyanın Gümrüdəki 102 saylı bazasının 22 yaşlı hərbi qulluqçusunu bıçaqlayan Ermənistan vətəndaşı saxlanılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cinayəti törədən şəxs Ermənistanın Şirak vilayətinin sakinidir. Hadisənin səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, martın 8-də, gecə saat 01:30 radələrində Rusiyanın Ermənistandakı bazasının 22 yaşlı hərbçisi, Rusiya vətəndaşı Racan Kajimirov döş boşluğundan aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Azvision.az



Teqlər: Gümrü   Hərbçi  





Xəbər lenti