Nazirliyə bir ayda 1200-dək müraciət daxil olub

Nazirliyə bir ayda 1200-dək müraciət daxil olub
  11 Mart 2019    Oxunub:1648
Bu ilin fevralında İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı mərkəzinə 955-i canlı rejimdə birbaşa, 238-i isə səsli menyu vasitəsilə olmaqla 1200-dək müraciət daxil olub.
Nazirlikdən Azvision.az -a bildirilib ki, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək “195-2” Çağrı mərkəzinə 86 minədək müraciət daxil olub.

“195-2” Çağrı mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və “195-2” tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Azvision.az



Teqlər: Nazirlik   Çağrı-Mərkəzi  





Xəbər lenti