Dünyanın ən iri silah ixracatçılarının siyahısı açıqlandı

 Dünyanın ən iri silah ixracatçılarının siyahısı açıqlandı
  11 Mart 2019    Oxunub:4283
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (Stockholm International Peace Research Institute - SIPRI) dünya üzrə ən çox silah satan ölkələrin sıralandığı illlik hesabatını təqdim edib.
Azvision.az xəbər verir ki, sənədə əsasən, 2014-2018-ci illərdə dünya üzrə silah satışının ümumi həcmi əvvəlki 4 illə müqayisədə 7,8% çoxalıb. Bu dövr ərzində dünyanın ən böyük silah ixracatçıları sıralamaya uyğun olaraq ABŞ, Rusiya, Fransa, Almaniya və Çindir. Qlobal silah ixracının ümumilikdə 75%-i bu ölkələrin payına düşür.

Hesabata görə, təkcə ABŞ dünya üzrə silah satışının 36%-ni, Rusiya 21%-ni həyata keçirir. Amerika silahlarının ən böyük idxalçısı 22%-lə Səudiyyə Ərəbistanı, Rusiyanınkı isə 27%-lə Hindistandır.

Avropa İttifaqının 5 ölkəsi – Fransa, Almanya, Böyük Britaniya, İspaniya və İtaliyanın qlobal silah ticarətindəki ümumi payı isə 23% təşkil edib. Onların ən çox silah satdıqları ölkələr Yaxın Şərq regionundadır - Səudiyyə Ərəbistanı, Misir, İsrail, Qətər və İraq.

Bütövlükdə dünya üzrə ən böyük silah idxalçısı isə Səudiyyə Ərəbistanıdır. Son 4 ildə dünyada satılan bütün silahların 12%-ni Ər-Riyad alıb. İkinci yerdə 9,5%-lə Hindistan, üçüncü pillədə isə 5,1%-lə Misir qərarlaşıb.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Silah   Rusiya   ABŞ   Çin   Səudiyyə  





Xəbər lenti