Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini T.Abdullayevdən 1 ədəd nömrəsi silinən “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.