13 nəfərə qarşı dələduzluq edən şəxs tutulub

13 nəfərə qarşı dələduzluq edən şəxs tutulub
  09 Mart 2019    Oxunub:1423
Oğurluq və dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 26-dan bu il martın 1-dək olan müddətdə Gəncə şəhər sakini olan 1 nəfərin 65 manat pulunu hesabından çıxararaq oğurlamaqda, 13 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti