8 evdən oğurluq edənlər ələ keçdi

8 evdən oğurluq edənlər ələ keçdi
  09 Mart 2019    Oxunub:1636
Cəlilabad şəhər sakini E.Bağırov Rayon Polis Şöbəsinə müraciət edərək özünün elektrik transformatorunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Sahil Mirzəyev və Rauf Sultanov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrılıqda rayon ərazisində ev və həyətlərdən oğurluq etdikləri müəyyən edilib.

Belə ki, S.Mirzəyevin bir evin zirzəmisindən təmir tikinti avadanlıqları, 4 həyətdən ev quşlarını, R. Sultanovun isə bir evdən 85 manat dəyərində elektrik naqillərini, 3 həyətdən isə ev quşlarını oğurladığı məlum olub. Hər iki şəxs törətdikləri oğurluq faktlarını etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti