Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayı 17 faiz artıb

  09 Mart 2019    Oxunub : 1474
 Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayı 17 faiz artıb
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilib. Qeyd edilib ki, 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla, 6 min nəfər təşkil edib. Bu da əvvəlki təhsil ili ilə müqayisədə 17 faiz artım deməkdir.

Hesabata əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3 min 558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanıb.

Eyni zamanda Çin, Macarıstan, Rusiya, Latviya, Rumıniya və digər ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən, ayrılmış kvotaya uyğun olaraq, hazırda ümumilikdə 536 azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotenologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır.

Azvision.az

Teqlər: Hesabat   Təhsil