Əmisini öldürdü, izi itirmək üçün evi yandırdı - Qətlin təfərrüatı

  Əmisini öldürdü, izi itirmək üçün evi yandırdı -    Qətlin təfərrüatı
  08 Mart 2019    Oxunub:4228
Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təfərrüatı məlum olub.
Azvision.az Report-a istinadən xəbər verir ki, "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib .

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.

Azvision.az



Teqlər: Xırdalan   Qətl   Cinayət  





Xəbər lenti