Qusarda 42 yaşlı kişi yanaraq ölüb

Qusarda 42 yaşlı kişi yanaraq ölüb
  08 Mart 2019    Oxunub:2546
Qusar rayonunda ölümlə nəticələnən yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti