Britaniya “Brexit”in vaxtını təxirə salacaq

Britaniya “Brexit”in vaxtını təxirə salacaq
  07 Mart 2019    Oxunub:1798
Əgər gələn həftə keçiriləcək səsvermədə parlament hökumətin təklif etdiyi “boşanma sənədini” qəbul etməsə, Böyük Britaniya Avropa İttifaqından çıxmasını təxirə salacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın maliyyə naziri Filip Hammond “BBC” radiosuna müsahibəsində bəyan edib.

“Hökumətin parlament iradəsinin tələb olunduğu bu mövzudakı mövqeyi açıqdır. Parlament Avropa İttifaqını sazişsiz tərk etməyin lehinə səs verməyəcək. Bununla bağlı məndə yüksək əminlik var” – britaniyalı nazir vurğulayıb.

Hammond həm də avroskeptik həmkarlarını xəbərdar edərək bildirib ki, sazişsiz “Brexit” halında Britaniya avropalılar üçün “yad” əraziyə çevriləcək və Aİ ilə daha yaxın iqtisadi əlaqələr üçün İcmalar Palatasında konsensus tələb ediləcək. Onda isə kompromislər labüd olacaq: “Bundan qaçmaq üçün həmkarlarım “Brexit” sazişinə səs verməlidirlər”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti