36 ölkə Kaşoqi cinayətini qınadı

36 ölkə Kaşoqi cinayətini qınadı
  07 Mart 2019    Oxunub:1648
Avropa İttifaqına üzv olan 28 ölkə də daxil olmaqla, ümumilikdə 36 ölkə səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilməsini sərt şəkildə qınayıblar.
Azvision.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Komitəsində 36 ölkə Səudiyyə Ərəbistanının insan hüquqları mövzusunda etdiyi pozuntuları və əməllərinin ciddi tənqid edildiyi birgə bəyanat imzalayıblar.

Bəyanatda Kaşoqinin qətlində günahkar olanların tez bir zamanda məsuliyyətə cəlb edilməsi tələb edilir, həmçinin, Ər-Riyad cinayətlə bağlı BMT-nin apardığı araşdırmada əməkdaşlığa və həbsdə olan hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəallarını sərbəst buraxmağa çağırılır.

Avropa İttifaqı təmsilçilərindən biri “bu məsələdə birləşə bilmək Avropa üçün bir nailiyyətdir” deyib.

Qeyd edək ki, imzalanan birgə bəyanat BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 2006-cı ildə yaranmasından bəri Səudiyyənin sərt şəkildə qınandığı ilk sənəddir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə     BMT  





Xəbər lenti