DİN-nun Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, faktla bağlı dərhal Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd “F-1”, 2 ədəd “FQ-5” əl qumbarası və 21 ədəd pardladıcı aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az