Avtobusa qumbara atdılar - 18 yaralı (VİDEO)

Avtobusa qumbara atdılar -  18 yaralı (VİDEO)
  07 Mart 2019    Oxunub:2339
Pakistanla mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarəti altındakı Cammu və Kəşmir ştatındakı Cammu şəhərində avtobusa qumbara atılması nəticəsində 18 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azvision.az xəbər verir ki, bu barədə “NDTV” telekanalı polisə istibadən məlumat yayıb. Qeyd olunur ki, qumbara atılan zaman avtobus dayanacaqda olub.

Partlayış nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilib. Polis insidentin baş verdiyi ərazisini mühasirəyə alıb, araşdırma aparılır.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Kəşmir   Hindistan  





Xəbər lenti