Növbəti SAT imtahanı keçiriləcək

Növbəti SAT imtahanı keçiriləcək
  07 Mart 2019    Oxunub:2279
Martın 9-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti