Almaniya silah qadağasının vaxtını uzatdı

Almaniya silah qadağasının vaxtını uzatdı
  06 Mart 2019    Oxunub:2096
Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah tədarükü ilə bağlı martın 9-da başa çatacaq qadağanın müddətini ayın sonunadək uzadıb.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas bəyan edib.

“Biz, Ər-Riyada qoyulan embarqonun müddətini martın sonunadək uzatmaq barədə qərar qəbul etdik. Bu qərarımız, həmçinin, Yəməndəki vəziyyət nəzarə alınaraq verilib. ”, - deyə Maas vurğulayıb.

Onun sözlərinə görə, müvafiq qadağa nəinki yeni, eləcə də indiyədək imzalanmış silah müqavilələri üzrə tədarükə də tətbiq olunur.

Qeyd edək ki, rəsmi Berlin səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar Ər-Riyada silah satışına embarqo qoymuşdu.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Almaniya  





Xəbər lenti