Bakıda ailə faciəsi: Toya hazırlaşırdılar, yanğında öldülər

     Bakıda ailə faciəsi:    Toya hazırlaşırdılar, yanğında öldülər
  06 Mart 2019    Oxunub:3483
Xəbər verdiyimiz kimi, gecə saatlarında Nərimanov rayonunda yerləşən yataqxanada ölümlə nəticələnən yanğın olub. Hadisə Azərbaycan İncəsənət Universitetinin balansında olan yataqxanada qeydə alınıb.
Məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli binanın 3-cü mərtəbəsində baş verən yanğın nəticəsində 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu həlak olub.

Azvision.az –ın məlumatına görə, Eliza Əliyeva və Surxay Əliyev Bakıya Laçın rayonundan gəliblər. Məcburi köçkün ailəsi kimi həmin yataqxanaya yerləşiblər. 4 uşağ atası olan Surxay Əliyev ailəsini göyərti satmaqla dolandırırmış. Həyat yoldaşı Eliza Əliyeva isə ağır əməliyyat keçirdiyindən heç yerdə işləməyib.

Onların üç qızı və bir oğulları var. Evin böyük qızı həyat yoldaşı rəhmətə getdiyinə görə iki azyaşlı övladı ilə birlikdə valiydenlərinin yanında qalır.

Qonşuların dediyinə görə, övladlarının ikisini evləndirən Surxay Əliyev və xanımı mart ayında kiçik qızına toy etməyə hazırlaşırmış. Onlar yanğın zamanı övladlarını xilas etsələr də, özləri tüstüdən boğularaq ölüblər.



Şahanə Rəhimli
Azvision.az



Teqlər: Yanğın   Ailə  





Xəbər lenti