Afaq Bəşirqızı pərəstişkarları ilə görüşəcək

Afaq Bəşirqızı pərəstişkarları ilə görüşəcək
  05 Mart 2019    Oxunub:3084
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə martın 6-8-də xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunacaq bu tamaşa onun çoxsaylı pərəstişkarlarına əsl bayram hədiyyəsi olacaq.

Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Fərid Rzayev, Ağaxan Şərifov da iştirak edəcəklər. Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya dəvət edir. Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

Azvision.az


Teqlər: AfaqBəşirqızı  





Xəbər lenti