Gömrükçülər maşında marixuana aşkarladı

Gömrükçülər maşında marixuana aşkarladı
  05 Mart 2019    Oxunub:2099
Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Honda” markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, bu zaman o, üzərində və ona məxsus avtomobildə qanunla qadağan edilən hər hansı bir predmetin olmadığını bildirib. Bundan sonra nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib.

Yoxlama zamanı minik maşınının ön oturacaqlarının arasındakı sandıqçada gömrük orqanına bəyan olunmayan bir ədəd kağız bükülüdə 0,8 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb.

Azvision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti