Rusiyalı diplomatı Çexiyaya buraxmadılar

Rusiyalı diplomatı Çexiyaya buraxmadılar
  05 Mart 2019    Oxunub:1515
Rəsmi Praqa Çexiya-Rusiya hökumətlərarası iqtisadi, sənaye və elmi-texniki əməkdaşlıq komissiyalarının iclasında iştirak etmək üçün gələn Rusiya rəsmi nümayəndə heyətinin üzvünü – Rusiya XİN əməkdaşını Çexiyaya buraxmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Praqadakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, məsələ ilə bağlı Çexiya xarici işlər nazirinin müavininə təqdimat verilib.

“Təqdimatda vurğulanır ki, bu cür hərəkətlər Rusiya-Çexiya münasibətlərinin xarakterinə uyğun gəlməyən qeyri-dost davranışdır və cavabsız qalmayacaq” – səfirlikdən bildirilib.

Çexiya KİV-ləri isə yazır ki, rusiyalı diplomatın ölkəyə girişinə “təhlükəsizlik səbəblərilə əlaqədar” icazə verilməyib. İddia olunur ki, o, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir.

Xatırladaq ki, Çexiya-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclası sabah keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Çexiya   Rusiya  





Xəbər lenti