YUĞ və Pantomima teatrları üçün bina tikilə bilər

  05 Mart 2019    Oxunub : 1139
 YUĞ və Pantomima teatrları üçün bina tikilə bilər
"YUĞ və Pantomima teatrlarının vəziyyəti bizi narahat edir. İrəvan teatrından sonra bu teatrların da məkanı ilə bağlı işlər görüləcək".
Azvision.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Nazirin sözlərinə görə, İrəvan teatrının təmiri başa çatdıqdan sonra YUĞ teatrının məkanı haqqında qərar veriləcək.

"Doğrudur, hər iki teatrın kirayə pulu verilir və dövlət büdcəsindən dəstək göstərilir. Ancaq bütün hallarda adlarını çəkdiyim teatrlar barədə düşünəcəyik. Pantomima teatrının vəziyyəti lap pisdir"-, deyə nazir vurğulayıb.

Şəhanə Rəhimli
Azvision.az

Teqlər: Teatr