Sığortaçılar üçün attestasiya təşkil olunacaq

Sığortaçılar üçün attestasiya təşkil olunacaq
  05 Mart 2019    Oxunub:1675
Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün martın 7-də attestasiya keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Azvision.az -a verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, eləcə də aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunub. Attestasiyada 4 sığortaçı iştirak edəcək. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Azvision.az



Teqlər: Palata  





Xəbər lenti