Aşotyan: “Paşinyan Putinlə görüşə bilmədi”

      Aşotyan:    “Paşinyan Putinlə görüşə bilmədi”
  04 Mart 2019    Oxunub:1754
“Ermənistanın Rusiya ilə münasibətlərində ciddi problemlər var.”

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iki ölkənin rəhbərliyi arasında əlaqələrin heç də yaxşı olmadığının ən bariz nümunəsi Rusiya prezidenti Vladimir Putinin işinin çoxluğunu bəhanə gətirərək yanvarın sonunda ölkəsinə səfərə gələn Nikol Paşinyanla görüşdən imtina etməsidir.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Rusiya münasibətlərinin misli görünməmiş səviyyədə, parlaq olduğunu deməsindən asılı olmayaraq, Avrasiya İqtisadi İtifaqına sədrliyin Ermənistana keçməsi mərasimi zamanı Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə nail ola bilmədi”- Aşotyan vurğulayıb.

Erməni siyasətçi onu da əlavə edib ki, Ermənistanla Rusiyanın ikitərəfli münasibətlərində, bundan başqa, digər böyük problemlər də var və İrəvandakı hazırkı hakimiyyət bunu dilə gətirməməyi üstün tutur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti