Polşada “MiQ-29” qırıcısı qəzaya düşdü - Yenilənib
*****
Polşanın şərqindəki Mazovets quberniyasında “MiQ-29” qırıcı təyyarəsi qəzaya düşüb. İnsident zamanı ölən olmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri baş komandanlığının rəsmi nümayəndəsi Marek Pavlyak jurnalistlərə açıqlamasında deyib.
“Mazovets quberniyasındakı Venqrova rayonunda “MiQ-29” hərbi təyyarəsi qəza törədib. Pilot zamanında katapult etməyi bacarıb” – Pavlyak bildirib.
Onun sözlərinə görə, hazırda katapult edən pilotun hara eniş etməsinin müəyyənləşdirilməsi üzrə işlər davam edir.
Leyla Elbrusqızı
Azvision.az