Niderland İrandakı səfirini geri çağırıb

Niderland İrandakı səfirini geri çağırıb
  04 Mart 2019    Oxunub:1521
Niderland İrandakı fövqəladə və səlahiyyətli səfirini geri çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Stef Blok bəyan edib. Onun sözlərinə görə, bu, Tehrandakı niderlandlı diplomatların deportasiya edilməsinə cavabdır.

“Səfirimizi çağıraraq Tehrandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmağa qərar verdik. Qərar, Niderland səfirliyinin 2 əməkdaşının ölkədən qovulmasının ardından verilib. Bu, qəbuledilməzdir” - Stef Blok vurğulayıb.

Qeyd edək ki, rəsmi Amsterdam İran xüsusi xidmət orqanlarını Niderland ərazisində yaşayan Tehrandakı rejim əleyhdarlarına qarşı sui-qəsdlər və təxribatlar törətməkdə ittiham edir.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Niderland  





Xəbər lenti