Tahir İmanov: “Artıq bizi də efirlərə dəvət edirlər”
Bunu Azvision.az -a "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib.
Aktyor vurğulayıb ki, Babası Süleyman Ələsgərovun adına küçə salınması ilə bağlı işlər artıq həllini tapıb: “Məsələ dərhal öz həllini tapdı. Sadəcə indi küçələr üzərində işləyirik, baxırıq, seçirik. Ölkə başçısına təşəkkür edirəm. Operativ halda qərar qəbul olundu və icrasına başlanıldı. İcra başçısı Eldar Əzizov da sağ olsun”.
Qeyd edək ki, Əməkdar artist Tahir İmanov ötən həftə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı bəzi televiziyaların onların fəaliyyətinə qadağa qoyduğunu bildirib.
Prezident İlham Əliyev Tahir İmanovun şikayətinə dərhal cavab verib: "Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Tahir-İmanov