82 yaşlı prezident xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır

  82 yaşlı prezident xəstəxanaya yerləşdirilib,    vəziyyəti ağırdır
  02 Mart 2019    Oxunub:6752
Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın vəziyyəti ağırlaşıb və o, Cenevrədəki xəstəxanaya yerləşdirilib.
Martın 2-də 82 yaşı tamam olan Buteflika Cenevrənin universitet xəstəxanasında müalicə edilir. Onun palatasının yerləşdiyi mərtəbə güclü mühafizə altına alınıb. “İntensiv terapiya şöbəsinə yerləşdirilən prezidentin yanına heç kimi buraxmırlar. Buteflika çox ağır, demək olar, huşunu itirmiş vəziyyətdədir”, - deyə xəstəxanadakı mənbə bildirib.

Telekanal xatırladır ki, martın 1-də bütün Əlcəzair ərazisində on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilib. Aksiyalar paytaxtda daha kütləvi xarakter alıb. Polis nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basıb.

Əbdüləziz Buteflika fevralın 10-da ardıcıl olaraq beşinci dəfə növbəti prezident müddəti üçün rəsmən namizədliyini irəli sürüb.

Ölkədə prezident seçkiləri aprelin 18-nə təyin olunub. Bəzi müxalif siyasətçilər seçkilərdə iştirak etmək niyyətlərini bildiriblər. Hakim koalisiya Buteflikanın namizədliyini yekdilliklə irəli sürsə də, müxalifət vahid namizəd barədə razılığa gələ bilməyib.

Əbdüləziz Buteflika 2013-cü ildə keçirdiyi mikroinsultdan sonra bir neçə həftə Fransada hospitalda müalicə alıb. O vaxtdan bəri əlil arabasında hərəkət edən siyasətçi nadir hallarda ictimaiyyət qarşısına çıxır. (AzərTAc)

Azvision.az



Teqlər:





Xəbər lenti