Ermənistanda vergilər üçqat artırılıb

Ermənistanda vergilər üçqat artırılıb
  02 Mart 2019    Oxunub:2678
“İrəvanda fəaliyyət göstərən çoxsaylı qida və xidmət obyektlərinin rəhbərləri zibil daşınması üzrə qəbz aldıqları zaman şok keçiriblər. Səbəb isə ötən ilin dekabrı ilə müqayisədə məişət tullantılarının daşınmasına görə ödənilən vergilərin üçqat artmasıdır”
Azvision.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Jamanak” qəzeti yazıb.

Obyekt rəhbərlərindən biri vurğulayıb ki, vergi artımının səbəbini dəqiqləşdirmək üçün İrəvan meriyasına müraciət edib və ona deyiblər ki, 2018-ci ilin sonunda İrəvan Ağsaqqallar Şurası vergi və rüsumların artırılması barədə qərar çıxarıb.

“Söhbət 27 dekabrdakı məşhur iclasdan gedir. Həmin iclasda baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyası digər xidmətlərlə yanaşı, zibil daşınmasına görə vergi və rüsumları qaldırdı. “Luys” bloku və “Çiçəklənən Ermənistan” partiyasının nümayəndələri isə bu qərarın əleyhinə səs verdilər. İyulun 1-dən isə əhalinin məişət tullantılarının daşınması üçün də vergi qiymətləri qaldırılacaq” – qəzetin yaydığı məlumayda bildirilib.

Həmçinin vurğulanıb ki, büdcə artımı və “iqtisadi möcüzə” vəd edən baş nazir Nikol Paşinyan bütün bu qeyri-real arzularını əhalinin vergi yükünü artırmaqla həyata keçirmək niyyətindədir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Vergi  





Xəbər lenti