İki ayda 132 məktəbə yeni direktor təyin olunub

İki ayda 132 məktəbə yeni direktor təyin olunub
  02 Mart 2019    Oxunub:6508
"Ötən iki ay ərzində 132 məktəbə yeni direktor təyin olunub"

Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” təhsil idarəedənlərinin respublika müşavirəsində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək: "Yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib. Müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsi ölkənin bütün ümumi təhsil müəssisələrində aparılmalıdır”.

C. Bayramov, həmçinin qeyd edib ki, məktəb bazasında peşə təmayülünün daha da genişlənməsi əsas prioritetlərdən biri olacaq: “Yerli təhsil idarəetmə qurumlarının hesabatlılığı artırılmalıdır. Təhsildə valideyn amilinə xüsusi diqqət yetirilməlidir. Bundan başqa, bütün ölkə boyu xüsusi istedadlı uşaqların seçimi prosesi aparılır və indiyədək 60 sinif yaradılıb və bu proses diqqət mərkəzində olacaq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Ceyhun-Bayramov  





Xəbər lenti